Yaponiyanın baş naziri Sanae Takaiti BMT Nizamnaməsindən İkinci Dünya müharibəsində məğlub olmuş ölkələrə aid edilən "düşmən dövlətlər" termininin dərhal çıxarılmasını tələb edib.
“İki sahil” xəbər verir ki, bu barədə o, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı bildirib.
Hökumət başçısı xatırladıb ki, hələ 2005-ci ildə Ümumdünya Sammitinin qətnaməsinə əsasən bu ifadələrin Nizamnamədən silinməsi qərara alınmışdı, lakin həmin prosedur hələ də başa çatdırılmayıb. Tokionun bu təşəbbücü fonunda, ekspertlər qeyd edirlər ki, məsələ son dövrlərdə Yaponiya ilə Çin arasındakı münasibətlərdə əlavə fikir ayrılıqlarına səbəb olub.
Bundan əlavə, Takaiti BMT Təhlükəsizlik Şurasının tərkibinin təcili olaraq genişləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, təşkilatın qlobal çağırışlara qarşı daha effektiv və ədalətli mexanizmlərlə işləməsi üçün həm daimi, həm də qeyri-daimi üzvlərin sayının artırılması zəruridir.