23 sentyabr 2026 16:33
80

Madyardan deputatlarla bağlı təklif

Macarıstanın baş naziri Peter Madyar təklif edib ki, deputatlar cinayət törətməkdə ittiham olunduqları təqdirdə avtomatik olaraq toxunulmazlıqdan məhrum edilsinlər. Hökumət başçısı bu təşəbbüslə prokurorluğun başqa bir şəxsin mobil telefonunu oğurlamaqda ittiham olunması ilə əlaqədar onun özünün toxunulmazlığının ləğv edilməsini tələb etməsindən bir gün sonra çıxış edib.

“İki sahil” xəbər verir ki, Madyar sosial şəbəkə hesabında yazıb: "Mən qanunvericiliyə uyğun olaraq cəza nəzərdə tutulan cinayətlər törədildiyi hallarda parlament deputatlarının toxunulmazlığının tamamilə ləğv edilməsini təklif edirəm."

"Tisa" partiyasının lideri və aprelin 12-də keçirilən seçkilərdə qalib gəlmiş Macarıstanın baş naziri parlamentin deputatdır. Sentyabrın 22-də prokurorluq hələ 2024-cü ildə ona qarşı başlanmış işi araşdırmaq üçün parlamentə onun deputat toxunulmazlığından məhrum edilməsi haqqında vəsatət ünvanlayıb. Həmin vaxt Madyar Avropa Parlamentinin deputatı olduğundan və parlament onun toxunulmazlığını ləğv etməkdən imtina etdiyindən istintaqı başa çatdırmaq mümkün olmamışdı.

Baş nazir 2024-cü ilin iyun ayında gecə klubunda onu videoya çəkməyə çalışan şəxsin əlindən mobil telefonunu almaqda və daha sonra həmin telefonu Dunay çayına tullamaqda ittiham olunur. Polis axtarış üçün dalğıcları cəlb edib, onlar telefonu sudan çıxararaq sahibinə qaytarıblar.

Prokurorluğun bəyanatından sonra baş nazir parlamentdən onun toxunulmazlığını qısa müddətdə ləğv etməyi xahiş edib və bildirib ki, onun qorxacağı heç nə yoxdur, müstəntiqlərin bütün suallarını cavablandırmağa hazırdır.