Qərb ölkələri Ukrayna qoşunlarına Rusiya ərazisinə hücum üçün xaricdə istehsal olunan uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verərsə, Rusiya hakimiyyəti cavab tədbirləri görəcək.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici İşlər naziri Sergey Lavrov Birinci Kanalın efirində bildirib.
"Vladimir Putinin qeyd etdiyi sxem artıq fəaliyyətdə olacaq", - deyə, nazir bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Aleksandr Qruşko bildirib ki, Kiyevə Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli raketlər atmağa icazə verilməsi münaqişənin mahiyyətini dəyişəcək.