COP üçlüyünün görüşü çox vacib andır. Biz BƏƏ, Braziliya ilə birlikdə COP üçlüyünü qurmuşuq”.
“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-Cop29)COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev deyib.
O bildirib ki, COP29 real fəaliyyətlərin qurulması istiqamətində vacib platforma olacaq:
“Ambisiyalar yalnız etimad olduğu şəraitdə həyata keçə bilər və əməkdaşlıq çərçivəsində genişlənməlidir. Biz ölkələr arasında əməkdaşlığı və fəaliyyəti genişləndirməliyik. İkincisi isə şəffaflığı təmin etməliyik. Biz fəxrlə qeyd etmək istəyirik ki, Bakı İqlim Şəffaflıq Platformasını elan edirik. Bu platforma vasitəsilə ünvanlanmış texniki yardımın mobilizasiyasını həyata keçirəcəyik. Biz çalışırıq bu fəaliyyətləri genişləndirək. COP29 çərçivəsində Bakı Şəffaflıq Bəyannaməsini qəbul etmək istəyirik”.
“Biz iqlim dəyişikliyi istiqamətinə maliyyə cəlb etməliyik. Bizim fəaliyyətimiz iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasına hesablanmalıdır. İnvestisiya həm də o deməkdir ki, biz dayanıqlı inkişaf planlarımıza uyğun olaraq investisiya qoymalıyıq. COP29 bizə qlobal əməkdaşlığı genişləndirmək imkanı yaradır”, - deyə Muxtar Babayev qeyd edib.