28 avqust 2026 14:33
124

Avstraliyada könüllü evtanaziya bütün ölkə ərazisində leqallaşdırılıb

Könüllü evtanaziyanın qadağan olunduğu sonuncu regionda da müvafiq qanunun qəbul edilməsindən sonra bu prosedur bütün Avstraliya ərazisində qanuni hesab olunub.

“İki sahil” xəbər verir ki, bu barədə ABC korporasiyası məlumat yayıb.

Avstraliyanın Şimal Ərazisi parlamentinin yeni qanununa əsasən, 12 ay ərzində ölümlə nəticələnə biləcək müalicə olunmaz xəstəlikdən əziyyət çəkən hər bir şəxs prosedurun həyata keçirilməsini xahiş edə biləcək. Tibb işçilərinə pasiyentlərlə könüllü evtanaziya mövzusunu öz təşəbbüsləri ilə qaldırmaq qadağan ediləcək.

Şimal Ərazisi 1995-ci ildə könüllü evtanaziyanı leqallaşdıran ölkənin ilk regionu olmuşdu. Lakin bu qanun federal hökumətin qadağasından sonra iki il sonra ləğv edilmişdi.