12 oktyabr 2024 02:29
406

Əvvəllər norma sayılan radioaktiv kosmetika və ölümcül maddələr - FOTOLAR

Asbest hər yerdədir

Asbest lap qədim dövrlərdən məlum olmasına baxmayaraq, onun geniş yayılması 20-ci əsrin 30-cu illərində baş vermişdi. Ondan parça, geyim, dam örtüyü, kərpic, fasad plitələri, oyuncaqlar, bəzək əşyaları və s. istehsalı üçün istifadə edilmişdir. Hətta “The Wizard of Oz “(1939) filmindəki süni qar da asbestdən hazırlanmışdı.

Ancaq sonradan insanlar yanmaz və ucuz materialın əslində xərçəngə səbəb olduğunu öyrəndilər. Belə ki, bütün asbest növləri kanserogendir. Ağciyər, qırtlaq və yumurtalıqların xərçənginə, həmçinin mezoteliomaya (plevra və periton xərçəngi) səbəb olur.

Uran şərab şüşələri

Nənələrinizin bufetini mütləq yoxlayın! Zarafat etmirik. Çünki 19-cu əsrin ortalarından 20-ci əsrin ortalarına qədər bütün dünyada uran şüşəsindən hazırlanmış qablar və zinət əşyaları üçün insanların “ürəyi gedirdi”.

Bu populyarlığın səbəbi bu növ şüşənin qaranlıqda yaşıl rəngdə parlamasıdır. Şüşənin müxtəlif çalarlarına nail olmaq üçün şüşə qarışığına uran trioksid, azot oksidi və ya uran oksidi əlavə edilirdi.

Bir az sonra məlum oldu ki, bütün bu qablar ionlaşdırıcı şüalar yayır. Kiçik olmasına baxmayaraq, belə şüşə qablardan içmək tövsiyə edilmir, çünki uran şüşədən yuyulmağa və bədənə daxil olmağa meyillidir.

Radium qatqısı

Radium əvvəllər zərərsiz maddə hesab olunurdu. Dərmanlara, kosmetika və məişət kimyəvi maddələrə əlavə edildi. O, həmçinin saat siferblatlarına tətbiq olunan parlaq boyalar hazırlamaq üçün istifadə edilirdi.

Ayaq ölçmə cihazları

1920-ci ildən 1970-ci illərə qədər ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Cənubi Afrika, Almaniya və İsveçrədəki ayaqqabı mağazalarında flüoroskoplar var idi. Bu cihazların köməyi ilə ayağın ayaqqabıya necə oturduğunu görmək mümkün idi.

Bu cihazlar 20-ci əsrin sonlarına doğru yığışdırıldı. Çünki insanlar özünü şüalandırmamağın daha yaxşı olduğunu başa düşməyə başladılar. Buna baxmayaraq, flüoroskop istehsalçıları mətbuatda bu ixtiraların potensial zərərlərini tamamilə inkar etdilər. Onlar iddia edirdilər ki, pis ayaqqabı seçmək yüngülvari radiasiyaya məruz qalmaqdan daha zərərlidir.

1999-cu ildə “Time” jurnalı bu ixtiranı 20-ci əsrin 100 ən pis ideyası siyahısına daxil etdi.

Arsenik boya

19-cu əsrdə yaşıl rəng əsl dəb halına gəlmişdi. Ondan evləri və mənzilləri bəzəmək üçün, paltar, qab-qacaq və digər məişət və daxili əşyaların rənglənməsi üçün istifadə olunurdu. Ancaq bundan dərhal sonra tamamilə sağlam insanlarda və gənclərdə ölüm və xəstəliklərin sayı artdı.

Hər şey yaşıl boya ilə bağlı idi. 1775-ci ildə kimyaçı və əczaçı Karl Vilhelm Şkele mis sulfat, kalium karbonat və arsen oksidini birləşdirərək yaşıl piqment icad etmişdi. Yəni bu boyanın tərkibində zəhər var idi.

Benzində qurğuşun

Tetraetil qurğuşun 20-ci əsrdə mühərrik yanacağına tıqqıltı əleyhinə əlavə kimi aktiv şəkildə əlavə edilmiş orqanometal birləşmədir. 1921-ci ildə ABŞ-da istifadəsinə başlanıldı və yalnız 1986-cı ildə yığışdırıldı.

60-cı illərdə insanlar belə bir əlavənin təkcə təbiətin çirklənməsinə deyil, həm də insanlara zərər verdiyini başa düşməyə başladılar. Tetraetil qurğuşun buxarı ürək xəstəliklərinə, insult və xərçəngə səbəb olurdu. Həm də insan beyninin inkişafına pis təsir edib və İQ-nun 5-10 bal azalmasına səbəb oldu.

Siqaret hamilə qadınlar üçün bir vasitə imiş

20-ci əsrin ortalarında siqaretin zərərləri hələ məlum deyildi. Əksinə, ağıllı marketoloqlar sayəsində hətta həkimlər də bunun faydalı olduğunu düşünürdülər. Amerikalı həkimlər hamilə xəstələrə qəbizlikdən xilas olmaq üçün siqaret çəkməyi tövsiyə edirdilər. Hətta doğum evində siqaret çəkmək tamamilə normal idi.

Nubar Süleymanova, “İki sahil”