12 oktyabr 2024 09:14
328

Xəzər İbrahim: COP29 çərçivəsində ABŞ-la Azərbaycan arasında çox yaxşı əməkdaşlıq mövcuddur

“COP29 çərçivəsində ABŞ-la Azərbaycan arasında çox yaxşı əməkdaşlıq mövcuddur”.

“İki sahil” xəbər verir ki, Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim deyib. Onun sözlərinə görə, bu əməkdaşlıq həm texniki, həm siyasi, həm də bürokratik səviyyədədir. “Gündəlik olaraq bu istiqamətdə müzakirələr aparılır. Biz ABŞ tərəfinin COP29 mövzusuna çox müsbət yanaşmasının şahidi oluruq. Bunun səbəblərindən biri də ondan ibarətdir ki, Azərbaycan özü məsələdə liderlik edir, mövzular üzrə öz iradəsini ortaya qoyur və bunu Prezident İlham Əliyev də öz müraciətində bildirib. Yəni, bir tərəfdən ABŞ böyük dövlət olaraq bu mövzulara diqqət ayırır, digər tərəfdən Azərbaycanın da çox fəal və tutarlı tərəfdaş olduğunu anlayaraq bu addımları atır”,- deyə səfir əlavə edib.

Diplomatın sözlərinə görə, Azərbaycanın gücü onda ibarətdir ki COP29-a gedən yolda liderlik edərək hər kəsi bir araya gətirir və dünya üçün müsbət nəticələrin əldə olunmasına çalışır.