14 oktyabr 2024 01:08
90

19 fələstinli həlak olub

İsrailin Qəzza zolağının mərkəzində məktəbə zərbə endirməsi nəticəsində azı 19 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki,  bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb. Agentliyini səhiyyə qurumlarındakı mənbələrinə görə, məktəb Nuseyrat düşərgəsinin şimalında yerləşib. Keçmiş təhsil ocağının içərisində məcburi köçkünlərin olduğu bildirilir. Qəzza rəsmiləri hələlik məlumatı şərh etməyiblər.