14 oktyabr 2024 15:24
324

Rusiya Moldovada seçkilərə müdaxilə etmir - Peskov

Rusiyanın Moldovada seçki prosesinə müdaxiləsi ilə bağlı ittihamları rədd edirik.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moldovada Rusiya Federasiyası ilə yaxşı münasibətlərin inkişaf etdirilməsinin tərəfdarları çoxdur, lakin bu insanlar “öz siyasi qüvvələrinə malik olmaq hüququndan məhrum edilib”.

Peskov əmin edib ki, Rusiya hakimiyyəti başqalarının daxili işlərinə qarışmır. O, iddia edib ki, Moldovada Rusiya ilə münasibətləri qorumağı müdafiə edən siyasətçilərə bu barədə danışmağa icazə verilmir: “Təəssüf ki, indi Kişinyovda müşahidə etdiyimiz proseslər bunlardır. Lakin bu, bizim müdaxilə etmək cəhdimiz deyil.”.

Qeyd edək ki, Moldovada prezident seçkiləri oktyabrın 20-də ölkənin Avropa İttifaqına mümkün qəbulu ilə bağlı referendumla birlikdə keçiriləcək. Sentyabrda Mərkəzi Seçki Komissiyası ölkənin hazırkı prezidenti Maia Sandunu Fəaliyyət və Həmrəylik partiyasından prezidentliyə namizəd kimi qeydə alıb. Elə həmin ay Mərkəzi Seçki Komissiyası müxalifət partiyası olan Şansın seçkilərdə iştirakına icazəni ləğv edib.