14 oktyabr 2024 15:51
85

Tələbələrin təxminən 45-46 faizi dövlət hesabına təhsil alır - Nazir

Tələbələrin təxminən 45-46 faizi dövlət hesabına təhsil alır.

“İki sahil” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində mükafatlandırma zamanı deyib.

O qeyd edib ki, eyni zamanda, şəhid ailələri, keçmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər və digər kateqoriyadan olan tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilir.

“Ümumilikdə 50 faizə qədər tələbə dövlət hesabına təhsil alır. Bu il 60 minə qədər abituriyent tələbə adımı qazanıb ki, bu da rekord göstəricidir”, - deyə nazir əlavə edib.