14 oktyabr 2024 15:47
271

BRİKS-in adı dəyişəcəkmi? - AÇIQLAMA

BRİKS-in adının dəyişməsi üçün üzv olan bütün ölkələrin konsensusu tələb olunur. Ona qədər ad olduğu kimi qalır.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, əlbəttə ki, BRİKS-ə üzv ölkələrin konsensus qərarını tələb edən məsələdir, lakin indiyədək bununla bağlı heç bir təklif olmayıb. İndiyə qədər belə bir anlayış var idi ki, ad dəyişməz qalmalıdır”, - deyə o, bir sıra ölkələrin təşkilata qoşulmaq istəyinə görə BRİKS-in adının dəyişdirilib-dəyişdirilməyəcəyi sualına cavab verib.

Bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirmişdi ki, getdikcə daha çox ölkə BRİKS-ə çoxqütblü dünyanın təminatı kimi baxır.