Bu ilin yanvar-sentyabr aylarında Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2023-cü ilin eyni dövrünə nisbətən 7,3 % artıb.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakı metropolitenindən istifadə edənlərin sayı 168,3 milyon nəfər olub.
Qeyd edək ki, hazırda metro stansiyalarının ümumi sayı 27, Bakı metrosunun ümumi uzunluğu isə 40,7 kilometrdir.
Bakı metropoliteninin konseptual inkişaf proqramına uyğun olaraq, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılacaq.
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib