17 oktyabr 2024 15:59
114

UEFA Gənclər Liqası: "Sabah" və "Bazel" klubları arasında keçiriləcək oyunların hakimləri açıqlanıb

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah”ın U-19 komandasının Çempionlar yolunun ikinci təsnifat mərhələsində İsveçrənin “Bazel” kollektivi ilə keçirəcəyi oyunların hakimlər briqadası açıqlanıb.

“İki sahil” xəbər verir ki, UEFA oktyabrın 23-də Bazeldəki görüşə xorvatiyalı, noyabrın 6-da Bakıdakı matça isə qazaxıstanlı baş hakimi təyin edib.

Qeyd edək ki, səfərdəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da, Bakıdakı görüş isə 18:00-da başlayacaq.

23 oktyabr

21:00. “Bazel” – “Sabah”

Baş hakim: Patrik Kolarić

Baş hakimin köməkçiləri: Luka Pajić, Ivan Starčević (hamısı Xorvatiya)

Dördüncü hakim: Hajrim Qovanaj (İsveçrə)

"St. Yakob-Park" stadionu.

6 noyabr,

18:00.“Sabah” – “Bazel”

Baş hakim: Omarov Rustam (Qazaxıstan)

Baş hakimin köməkçiləri: Alexey Dolgikh, Dmitriy Belogradov (hamısı Qazaxıstan)

ASCO Arena