17 oktyabr 2024 17:36
95

Azərbaycanda 9 ayda qadın və gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) verdiyi güzəştli kreditlərin 5,9 %-i qadın sahibkarların payına düşüb.

“İki sahil” bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə 327 qadın sahibkarın layihələrinə 9,9 milyon manat güzəştli kredit ayrılıb.

Bundan başqa, 9 ay ərzində Fondun xətti ilə 123 gənc sahibkarın təqdim etdiyi layihələr üzrə ümumilikdə 4,6 milyon manat güzəştli kredit ayrılıb.

Hesabat dövründə Fond ümumilikdə 4 116 layihənin maliyyələşdirilməsinə 167,6 milyon manat güzəştli kredit verib.