17 oktyabr 2024 21:19
95

Sinvarla birlikdə HƏMAS-ın bir sıra hərbi liderləri də öldürülüb

Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadı olan “İzzəddin əl-Qəssam briqadaları”nın rəhbərliyindən bir neçə nəfər təşkilatın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarla birlikdə Qəzza zolağının Rəfah şəhərində öldürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, Sinvarla birlikdə yüksək rütbəli hərbi komandirlər də öldürülüb.

Xatırladaq ki, daha əvvəl İsrail ordusu Fələstinin HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarın Qəzza zolağında öldürüldüyünü açıqlamışdı.