17 oktyabr 2024 21:42
90

Aktyor evində ölü tapılıb

Bir dönəm Türkiyənin məşhur seriallarından olan “Avropa Yakası”nda “Kubilay” obrazını canlandıran aktyor Vural Çelik evində ölü tapılıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyinin Kino üzrə baş direktoru Birol Güvən məlumat verib.

O bildirib ki, aktyor 51 yaşında dünyasını dəyişib. Vural Çeliyin hansı səbəbdən öldüyü hələlik açıqlanmayıb.