17 oktyabr 2024 22:26
83

Bu ölkə Ukraynaya 271 milyon avro ayıracaq

Niderland Ukraynaya artilleriya mərmilərinin tədarükü üçün 271 milyon avro ayırmaq niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə Niderlandın baş naziri Dik Sxof “X” sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, vəsait Danimarka, Niderland və Çexiyanın döyüş sursatı tədarükü ilə bağlı birgə təşəbbüsü çərçivəsində ayrılacaq.

"Niderland artilleriya mərmilərinin tədarükü üçün 271 milyon avro ayıracaq. Bununla da biz 2025-ci ildə Ukraynaya sursat tədarükü ilə bağlı kömək edəcəyik", - Sxov əlavə edib.