18 oktyabr 2024 23:43
86

Narkomaniya - ölümə aparan ən qısa yol

Respublikamızda ictimai-siyasi və sosial-iqtisadi sabitliyin təmin edilməsi, insan həyat və sağlamlığının, genefondunun mənəvi-əxlaqi dəyərlərinin qorunması, gələcək nəslin normal formalaşmasını təmin etmək məqsədilə narkomanlığın, narkotik xassəli bitkilərin yetişdirilməsinin qarşısının alınması və aşkarlanaraq məhv edilməsi ümumdövlət vəzifəsi olduğunu başa düşərək, aqrar sahə mütəxəssisləri özlərinin gündəlik fəaliyyətlərində bu məsələni daim diqqət mərkəzində saxlayırlar. 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətləri çərçivəsində bir çox tədbirlər həyata keçirilmiş və mütəmadi olaraq Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna hesabatlar verilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2019-2024-cu illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il üçün İş Planı təsdiq edilmişdir.

İş Planının 23-cü bəndinə uyğun olaraq, cari ilin yanvar-iyun ayları ərzində narkotik xassəli bitkilərin qanunsuz əkinlərinin və yabanı halda bitmiş sahələrin aşkar edilib məhv edilməsi məqsədilə yerli hakimiyyət və inzibati orqanlarla birlikdə “Xaş-xaş 2024” şərti adı altında xüsusi axtarış tədbirlərində iştirak etməklə təsərrüfatlara, həyətyanı sahələrə və ərazilərə baxış reydləri keçirilmişdir.

Reydlər zamanı becərilən torpaq sahələrində əkilən və ya yabanı halda bitən narkoxassəli bitkilər aşkarlandığı hallarda müvafiq məlumatlar, həmçinin bu bitkilərin məhvedilmə prosesini əks etdirən foto və videomateriallar tərtib olunan aktlara əlavə edilərək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna təqdim edilmişdir.

Nazirliyin rayon təşkilatlarının mütəxəssisləri tərəfindən ictimaiyyət arasında, məktəblərdə izahat işləri aparılmış, kənd təsərrüfatı məhsulları istehsalçılarına narkotik xassəli bitkilər, onların formaları və vegetasiya müddətlərinin tanınması haqqında tövsiyələr verilmişdir.

Eyni zamanda, bildiririk ki, cari ildə bəzi rayonlarda Nazirliyin mütəxəssisləri polis şöbələrinin əməkdaşları ilə birlikdə münbit torpaq sahələrində, meşə zolaqlarında və həyətyanı sahələrdə əkilən və ya yabanı halda bitən narkoxassəli bitkilər aşkar edərək məhv etmişlər. Belə ki, Nazirliyin aidiyyəti mütəxəssisləri tərəfindən Lənkəran, Cəlilabad, Ağdaş, Yardımlı, Yevlax, Zaqatala, Salyan, Neftçala, Quba, Xaçmaz və Göyçay rayonlarında, Şirvan və Gəncə şəhərlərində kənd təsərrüfatı bitkilərinin toxum satışı obyektlərində reydlər keçirilmişdir.

Ağdam Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Quzanlı qəsəbəsində Məmmədov Tural Taleh oğlunun həyətyanı sahəsindən 2 ədəd aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Ağsu RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Yenilik kənd sakini Eyvazov Eyvaz Əbil oğlu tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sağ kənarında dağlıq ərazidə əkilmiş 1 ədəd aqrotexniki qaydada qulluq olunmuş çətənə kolu və yaşayış evindən 476.89 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir.

Bərdə RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Dəymədağlı kənd sakini Məmmədov Nurəddin Müzəffər oğlunun həyətyanı sahəsindən 9 ədəd aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Həmçinin, Bərdə rayonunun Qasımbəyli kəndində yaşayan Kəlbəcər rayon Milli kənd sakini  Bayramlı Etibar Ziyəddin oğlunun həyətyanı sahəsindən 6 ədəd aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

İsmayıllı RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Balik kənd sakini Mirzəyev Əflatun Məzahir oğlunun həyətyanı sahəsindən hündürlüyü 1-4 sm olmaqla 57 ədəd o cümlədən, Kürdmaşı kənd sakini Usubov Məmməd İlqar oğlunun həyətyanı sahəsindən hündürlüyü 30-60 sm olmaqla 2 ədəd aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Laçın RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Malıbəy kənd ərazisində Zabux çayının sahilində sahibsiz sahədə hündürlüyü 185 sm olmaqla 5215 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Lerik RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Orand kənd ərazisində yerləşən sərhəd zastavasının xidməti ərazisində 16286 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Qax RPŞ-nin əməkdaşları ilə birlikdə Nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Qındırğa kənd ərazisində 180-268 sm ölçülərdə 2970 kq yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Qusar RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Yasaboba kənd sakini Məmmədov Əmirbala Dair oğlunun həyətyanı sahəsindən hündürlüyü 30-35 sm olmaqla 2 ədəd aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Şabran RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Dəyirman yolu adlanan ərazidə 29 ədəd aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Tərtər RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Bəyimsarov kənd sakini Hidayətov Aydın Zülfüqar oğlunun həyətyanı sahəsindən hündürlüyü 16-206 sm olmaqla 33 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Tovuz RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Yanıqlı kənd sakini Zamanov Rövşən Həmid oğlunun əkin apardığı kartof sahəsində hündürlüyü 30-90 sm olmaqla 141 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Qazax RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Daş Salahlı kənd ərazisində dövlət fond torpaqlarına aid sahədə 50-200 sm olmaqla 4200 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Fənarə Dilbazova,
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin baş məsləhətçisi