“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatı Əhmədovun həyat yoldaşı “Qafqazinfo”ya təsdiq edib.
Məlumata görə, bir az əvvəl Tağı Əhmədov əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.