19 oktyabr 2024 10:10
85

ABL: I turda bu gün daha iki görüş baş tutacaq

Azərbaycan Basketbol Liqasında cari mövsümün ilk turunda bu gün daha iki qarşılaşma baş tutacaq.

“İki sahil” xəbər verir ki, əvvəlcə NTD və "Abşeron" komandaları üz-üzə gələcək.

Bölgə təmsilçiləri Bakı İdman Sarayında görüşəcək. Matç saat 12:30-da başlayacaq. Digər qarşılaşma isə "Lənkəran" və "Gəncə" arasında olacaq. Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək oyunun start fiti saat 14:00-da səsləndiriləcək.

Hər iki oyun A qrupunda baş tutacaq.

Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparır.