Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 19,6 % artaraq 21,4 min nəfər olub.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 6 milyon 358 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6 % azalıb. Yüklərin 47,6 %-ni neft yükləri təşkil edib.
Dəniz limanları tərəfindən 10 milyon 431 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 8 milyon 363,3 min tonunu və ya 80,2 %-ni tranzit yüklər təşkil edib.
2024-cü il oktyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 452,5 min ton olub.
Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 10 mini keçib
“Azərpoçt” Çində transsərhəd poçt daşımaları üzrə beynəlxalq təlimdə iştirak edir