Azərbaycanda aksiz markasız 410 min 740 ədəd siqaret aşkar edilib.
Bu barədə “İki sahil”ə Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Məlumata görə, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşına məxsus nəqliyyat vasitəsinə və fərdi yaşayış evinə baxış keçirilib.
Baxış zamanı Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan ümumilikdə 410740 ədəd siqaret aşkar edilib.
Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 10 mini keçib
“Azərpoçt” Çində transsərhəd poçt daşımaları üzrə beynəlxalq təlimdə iştirak edir