Bu gecə saat 02:00 - 05:00-da fövqəladə hallara dair planların yoxlanılması ilə əlaqədar "Azərikart" MMC Prosessinq Mərkəzində texniki sınaqlar nəzərdə tutulub.
“İki sahil” bu barədə Mərkəzə istinadən xəbər verir.
Məlumata görə, proseslərin təkmilləşdirilməsi və xidmət səviyyəsinin daim yüksək saxlanılması məqsədilə keçirilən planlı işlər zamanı əsas kanallar üzrə servislərin fəaliyyətində dayanmalar, fasilələr gözlənilmir. Bununla belə, texniki işlərlə əlaqədar Məlumat Mərkəzi və Çatbot xidməti müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
Bu müddət ərzində alternativ kommunikasiya kanalları ("Facebook", "Instagram") vasitəsilə "Azərikart"la əlaqə saxlamaq olar.
Qlobal rəqəmsal xidmət təchizatçılarının Azərbaycanda ƏDV qeydiyyatı davam edir
Kaspersky: “Zoomer” nəslinin hər dördüncü nümayəndəsi süni intellektlə dostluq edir
Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir