23 oktyabr 2024 12:51
110

"Qarabağ" və "Sumqayıt"ın əvəzedici komandalarına texniki məğlubiyyət verilib

AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən "Qarabağ-2" və "Sumqayıt-2" komandalarına texniki məğlubiyyət verib.

“İki sahil” xəbər verir ki, Ağdam klubu "Kəpəz-2" ilə X turun matçında futbolçu limitini pozduğu üçün 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

"Köhlən atlar" həmçinin 400 manat cərimə olunub.

"Gənclik şəhəri" təmsilçisi isə həmin turda "Turan Tovuz-2" ilə matçda legioner limitini pozub. Bu səbəbdən komanda 0:3 hesablı texniki məğlubiyyət alıb və 400 manat cərimələnib.