"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) stansiyalarında ödənişlər tezliklə üztanıma ilə həyata keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu "AzİnTelekom" MMC-nin nümayəndəsi Tamerlan Məşhədihəsənli deyib.
O bildirib ki, artıq ADY ilə bu prosesə başlanılıb: “Bu, yaxın vaxtlarda həyata keçiriləcək. Yəni ADY-nin stansiyalarında ödənişlərin həyata keçirilməsi üztanıma ilə olacaq. Bundan başqa, binaların girişlərində bu sistemlərin istifadəsi üzərində də işlər gedir”.
O qeyd edib ki, şirkət daxilində bunun testlərini aparılır: “Testlər uğurlu olsa, növbəti ildən bunun yerli bazarda satışına başlayacağıq”.
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib
TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir
Mikayıl Cabbarov: Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır