24 oktyabr 2024 10:00
97

Azərbaycanda problemli kreditlərin məbləği 10 %-dən çox azalıb

Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 480 milyon manat təşkil edib.

“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,5 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 9,6 % artıb, son 1 ildə isə 10,2 % azalıb.

Oktyabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət sentyabrın 1-nə də 1,7 %, ilin əvvəlinə 1,8 %, ötən il oktyabrın 1-nə isə 2,4 % olub.