24 oktyabr 2024 10:38
93

Muxtar Babayev Beynəlxalq Maliyyə Korporasiyasının rəsmisi ilə iqlim fəaliyyətində maliyyə məsələlərini müzakirə edib

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Beynəlxalq Maliyyə Korporasiyasının İdarəedici Direktoru Makar Diyop ilə (Makhtar Diop) görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə COP29-un “X” hesabında paylaşım edilib.

Qeyd edilib ki, tərəflər iqlim fəaliyyəti üçün innovativ maliyyələşdirmə həlləri barədə danışıqlar aparıblar. Həmçinin danışıqlarda COP29-a hazırlıq öncəsi inkişaf etməkdə olan ölkələrə dəstəyin artırılmasına və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün özəl sektorun investisiyalarının səfərbər edilməsi müzakirə edilib.