24 oktyabr 2024 11:07
98

Sahibkarlığın İnkişafı Fondu auditor seçib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“İki sahil” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "KPMG Audit Azərbaycan" MMC-dir.

Qalib şirkətə 118 min manat ödəniləcək.