24 oktyabr 2024 13:00
86

BMT müasir reallıqlara uyğunlaşdırılmalıdır- Rusiya Prezidenti

Rusiya qlobal iqlim prosesində fəal iştirak etməyə çalışır.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasını açarkən deyib.

“Rusiya qlobal iqlim prosesində fəal iştirak etməyə çalışır. Onun enerji balansı dünyanın ən “yaşıl balans”larından biridir”, - Rusiya Prezidenti bildirib.

V.Putin həmçinin hesab edib ki, BMT-nin strukturu müasir reallıqlara uyğunlaşdırılmalıdır.

Əlavə edib ki, Asiya, Afrika və Latın Amerikası ölkələri BMT Təhlükəsizlik Şurasında daha çox təmsil olunmalıdır.