24 oktyabr 2024 13:12
91

Putin BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinə çağırış edib

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinə ehtiyac var.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o, XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında bildiribki,  üzvlüyə Asiya, Afrika və Latın Amerikası ölkələri daxil edilməlidir.

“Biz BMT-nin gələcək səmərəli fəaliyyəti üçün strukturunun XXI əsrin reallıqlarına uyğunlaşdırılmasını, Təhlükəsizlik Şurasının Asiya, Afrika və Latın Amerikasının əsas  ölkələri, o cümlədən liderləri burada olan ölkələrlə genişləndirilməsini vacib hesab edirik.”- deyə, Putin bildirib.