24 oktyabr 2024 15:03
81

Bakıda kişi qətlə yetirilib, arvadı tutulub

Bakıda qətl törədilib.

“İki sahil” xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Ortayaşlı qadın münaqişə zəminində ərini bıçaqlayaraq öldürüb. Hadisəni törədən qadın saxlanılıb.

Hazırda hüquq-mühafizə orqanın əməkdaşları hadisə yerindədir.