24 oktyabr 2024 17:34
68

Sənaye parklarının rezidentləri indiyə qədər 489 milyon manat vəsaitə qənaət ediblər

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 489 milyon manat, təkcə bu ilin yanvar-sentyabr aylarında isə 28 milyon manat vəsaitə qənaət ediblər.

"İki sahil" bu barədə agentliyə istinadən xəbər verir.

Xatırladaq ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.