2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklar cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 636.4 milyon manat faiz ödəyiblər.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 41.5% və ya 186.5 milyon manat artıb. 2023-cü ilin müvafiq dövründə banklar 449.9 milyon manat depozit faizi ödəmişdilər.
Qeyd edək ki, bu dövrdə müddətli depozitlər üzrə 547.2 milyon manat, tələbli depozitlər üzrə isə 89.2 milyon manat faiz ödənilib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 2 milyard 883.4 milyon manat faiz gəliri əldə ediblər.
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib
TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir
Mikayıl Cabbarov: Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır