25 oktyabr 2024 15:21
81

COP29-la bağlı daha iki məkanda məlumatverici işarələr yerləşdiriləcək

Hava limanı və Koroğlu metrostansiyası ərazisində də COP29-la bağlı müəyyən istiqamətverici və məlumatverici işarələr yerləşdiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi üzrə şöbə müdiri İlkin Cavadov jurnalistlərə müsahibəsində deyib.

O, COP29-la bağlı müəyyən marşrutlar üzrə xüsusi avtobusların hərəkət edəcəyini xatırladıb və bildirib ki, həmin avtobusların dayanacaqlarının ziyarətçilər tərəfindən tapılması, eyni zamanda həmin məkanlardan hotellərə istiqamət alması üçün müvəqqəti istiqamətverici işarələrin yerləşdirilməsi nəzərdə tutulub.

"Əlavə olaraq da hava limanı ərazisində və Koroğlu metrostansiyası ərazisində də müəyyən istiqamətverici və məlumatverici işarələr yerləşdiriləcək. Bunlar bilavasitə ziyarətçilərin axtardığı məkana daha rahat və tez şəkildə tapmalarına şərait yaradacaq", - deyə İ.Cavadov vurğulayıb.