25 oktyabr 2024 16:48
76

Kot-d'İvuar Bakıda keçiriləcək COP29-da danışıqlar üçün əsas mövzuları müəyyən edib

Kot-d'İvuarlı danışıqlarçılar Bakıda keçiriləcək COP29-da iştiraka fəal şəkildə hazırlaşırlar.

“İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, Bonua şəhərində Kot-d'İvuar danışıqçılarının bacarıqlarının artırılması məqsədilə seminar keçirilib.

Kot-d'İvuar Ətraf Mühit Nazirliyinin iqlim dəyişikliyi ilə mübarizə departamentinin direktoru Erik-Mişel Assamua bildirib ki, Bakıda keçiriləcək konfransda ölkə üçün prioritet məsələlər İtki və Zərərə cavab verən fondun yaradılması olacaq.

Eləcə də, iqlim maliyyəsinə çıxışın gücləndirilməsi, "Cənub-Cənub" və "Şimal-Cənub" formatında əməkdaşlıq, həmçinin bütün ölkələrin iqlim texnologiyalarına çıxış da bura daxildir.

M.Assamua danışıqlar aparan tərəfləri təsirlərin azaldılması, uyğunlaşma, bazar mexanizmləri və şəffaflıq məsələlərinə xüsusi diqqət yetirməyə çağırıb.