26 oktyabr 2024 08:55
90

Balıkəsirdə PKK/KCK-ya qarşı əməliyyat: 3 nəfər saxlanılıb

Balıkəsirdə (Türkiyə) Vilayət Təhlükəsizlik Müdirliyi qrupları tərəfindən PKK/KCK silahlı terror təşkilatının hərəkət və fəaliyyətlərinin müəyyən edilərək deşifrə edilməsi istiqamətində aparılan araşdırmalar zamanı təşkilat daxilində fəaliyyət göstərdiyi müəyyən edilən 3 şübhəli barəsində əməliyyat keçirilib.

“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, əməliyyat zamanı polis qrupları tərəfindən 3 şübhəli saxlanılıb.

Terror təşkilatı üçün təbliğat apardıqları da müəyyən edilən şübhəlilər barəsində polisin əməliyyatları davam etdirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”