26 oktyabr 2024 20:32
79

Rusiyada helikopter sərt eniş edib

Rusiyada göyərtəsində 4 nəfərin olduğu “Mi-2” helikopteri Kirov vilayətində sərt eniş edib.

“İki sahil” xəbər verir ki, bu barədə “TASS”a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Mi-2 helikopteri Kirov rayonuna sərt eniş edib, axtarış tədbirləri davam etdirilir. Hazırda xilasedicilər 3 nəfərin meyitini tapıblar”, - deyə bildirilib.