26 oktyabr 2024 22:22
71

Gürcüstanda parlament seçkiləri başa çatıb

Gürcüstanda keçirilən parlament seçkiləri yerli vaxtla saat 20:00-da başa çatıb.

“İki sahil” xəbər verir ki, ümumilikdə ilk dəfə proporsional sistem üzrə keçirilmiş seçkilər baş tutmuş hesab olunur.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natiya İoseliani bildirib ki, səsvermədə 2 060 412 seçici iştirak edib. Bu da ümumi seçicilərin 58,94 faizi deməkdir.

Qeyd edək ki, parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstanda, 67-si isə xarici ölkələrdə yerləşirdi.

Seçicilərin ümumi sayı 3 508 294 nəfər təşkil edib. Onlardan 3 113 747 nəfəri elektron texnologiyalardan istifadə etməklə öz seçimini edib.

Seçicilərin 95 910 nəfəri xarici ölkələrdə səs verib.