27 oktyabr 2024 00:50
73

Sky: İrana raket imkanlarını bərpa etmək üçün bir il vaxt lazımdır

İsrail hesab edir ki, hücumdan sonra İrana raket imkanlarını bərpa etmək üçün bir il vaxt lazım olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı İsrail mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, zərbənin əsas hədəfləri İranın ballistik raketlər üçün bərk yanacaq istehsalını təmin edən hərbi obyektləri olub.

Qeyd olunub ki, hücum İranın raket sənayesinə ciddi ziyan vurub.