Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, “İmişli” və “Cəbrayıl” komandaları qarşılaşıblar. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda reallaşan görüş nominal meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə nəticələnib. Mərkəzi Aran təmsilçisi 1/8 finalda “Kəpəz”ə rəqib olub.
İkinci təsnifat mərhələsinə hazırda davam edən “Qəbələ” - “Baku Sportinq” matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı 7:2, MOİK "Şimal”ı 3:1, “Araz -Naxçıvan" "Şahdağ Qusar"ı 4:0, "Kəpəz" "Ağdaş"ı, “Səbail" "Dinamo"nu 6:0, “Şamaxı” “Şəmkir”i 6:1, “Mingəçevir” “Zaqatala”nı 1:0, “Qaradağ Lökbatan” “Karvan”ı 3:0, “Difai” isə “Şəfa”nı 3:2 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb.