02 noyabr 2024 15:15
354

Millət vəkili Xanlar Fətiyev Bərdədə vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müv həafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, noyabrın 2-də Milli Məclisin deputatı Xanlar Fətiyev Bərdənin Qaradəmirçi kəndində vətəndaş qəbulu keçirib.

“İki sahil” xəbər verir ki, görüş zamanı Xanlar Fətiyev vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

Görüşdə vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Kəndin işıq dirəklərinin yenilənməsi, kəndin yol kənarlarında  iki avtobus dayanacağının tikilməsi və s. barədə vətəndaşların müraciətinin həlli ilə bağlı müvafiq addımlar atılıb.