Türkiyə təmsilçiləri "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" və "Başakşehir"in avrokuboklarda bu həftə keçirəcəyi matçlar üçün hakim təyinatları açıqlanıb.
“İki sahil” xəbər verir ki, "Qalatasaray" - "Tottenhem" görüşünün referisi Laurens Visser olacaq. Ona Rien Venizer, Tibo Neyssen və Saymon Burdoui (dördüncü hakim) kömək edəcəklər. Adıçəkilən ədalət təmsilçiləri Belçikadandır.
"AZ Alkmaar" - "Fənərbaxça" qarşılaşması şotlandiyalılara tapşırılıb. Baş hakim Con Bitona Daniel Makferlen, Devid Makqiçi və Kalum Skoot (dördüncü hakim) kömək edəcək.
"Beşiktaş" - "Malmö" matçında almaniyalılar iş başında olacaq. Referi kimi Sven Yablonski, laynsnman kimi Lasse Koslovski və Eduard Beytinqer, dördüncü hakim kimi isə Tobias Rişel fəaliyyət göstərəcək.
"Kopenhagen" - "Başakşehir" oyununa niderlandlı hakimlər təyin olunub. Referi Joy Koija Yost van Zuilen, Patrik İnia və Aleks Bos (dördüncü hakim) kömək edəcək.