05 noyabr 2024 20:56
81

Hokkeyçini döyüb öldürdülər

Rusiyanın "Metallurq" hokkey komandasının Abazadan olan hücumçusu davadan sonra dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, hadisə Abakandakı "Limerick" restoranında baş verib.

37 yaşlı Artem Tortoçakov noyabrın 4-nə keçən gecə digər müştərilərlə mübahisə edib. Onları çölə çıxarıblar, davanın Gənclər Sarayının yaxınlığında davam etdiyi deyilir. Daha sonra hokkeyçi xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Klub Artemin ailəsinə və yaxınlarına başsağlığı verib. İstintaq orqanları onun ölümünün dəqiq səbəbini müəyyən etmək üçün araşdırma aparır.