06 noyabr 2024 11:13
76

Vüsal Şıxəliyev: ESG standartları gələcək inkişaf strategiyaları hazırlamağa imkan verəcək

COP29 gündəliyinə uyğun olaraq Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) standartları dövlət qurumlarına, ölkədə fəaliyyət göstərən şirkətlərə gələcək inkişaf strategiyaları hazırlamağa imkan yaradacaq.

“İki sahil” xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Bakıda keçirilən, “Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı”na həsr olunmuş konfransda bildirib.

Onun sözlərinə görə, ESG platformasının yaradılması istiqamətdə müəyyən çağırışlar olub, bununla kifayət qədər yol qət edilib: "Bu standartları maraqlı tərəflər qəbul edib"

V.Şıxəliyev qeyd edib ki, bu platformanın ərsəyə gətirilməsi qısa müddətdə mümkün olub: "Hazırda onun inkişafına nail olmaq əsas hədəflərdəndədir. Bu, biznesin optimallaşdırılmasına imkan yaradacaq".