İqlim dəyişikliyinə qarşı mübarizədə din cəmiyyətlərdə öz rolunu açıq şəkildə göstərməkdədir.
“İki sahil” xəbər verir ki, bu sözləri İordaniyanın Dinlərarası Birgəyaşayış Araşdırmalar Mərkəzinin direktoru Nəbil Həddad Dünya dini liderlərinin qlobal Bakı Sammitinin ikinci günündə keçirilən plenar iclasda deyib.
Balanslı nizama qarşı təhdidlərin mövcud olduğunu diqqətə çatdıran Nəbil Həddad əlavə edib: “Biz müharibələrlə dolu, kütləvi qırğın silahlarından istifadənin genişləndiyi bir dünyada yaşayırıq. Bu da quraqlıqların çoxalmasına və digər ekoloji problemlərin artmasına səbəb olur”.