Noyabrın 8-də Zəfər Günü münasibəti ilə Sumqayıt şəhərində möhtəşəm bayram konserti və atəşfəşanlıq olacaq.
“İki sahil” xəbər verir ki, konsert proqramı Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda təşkil ediləcək. Konsert proqramında Azərbaycanın tanınmış müğənniləri Faiq Ağayev, Tünzalə Ağayeva, Mübariz Tağıyev, Təyyar Bayramov, Nadir Qafarzadə, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Şəmistan Əlizamanlı, Aytən Məhərrəmova, Namiq Qaraçuxurlu, Gülzar Fərəcova, Ceyhun Zeynalov, Murad Laçınlı iştirak edəcəklər.
Konsert proqramının aparıcıları tanınmış simalar – Saleh Bağırov və Lalə Azərtaş olacaq.
Qeyd edək ki, konsert proqramı noyabrın 8-də saat 19.00-da başlayacaq və saat 21.00-da möhtəşəm atəşfəşanlıq olacaq.