Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş ilə görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, görüş zamanı noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.