06 noyabr 2024 16:29
73

FHN ilə Bakı metrosu qarşılıqlı Tədbirlər Planı tərtib edib

"Bakı Metropoliteni" QSC ilə Fövqalədə Hallar Nazirliyi qarşılıqlı fəaliyyət və Tədbirlər Planları tərtib olunub.

“İki sahil” xəbər verir ki, bunu FHN-nin COP29 Əməliyyat Qərargahının rəhbəri, polkovnik Ağəli Hüseynov bayram və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində metronun fəaliyyətinə dair brifinqdə deyib.

O bildirib ki, metropolitenə məxsus bütün obyektlərdə və tunellərdə yanğın-texniki müayinələr keçirilib: "Metropolitenə məxsus bütün obyektlərdə və tunellərdə yanğın-texniki müayinələr keçirilib. Cari il ərzində 900 nəfər metropoliten əməkdaşları yanğın təhlükəsizliyi qaydaları barədə təlimatlandırılıb. Bu ilin 10 ayı ərzində 9 metrostansiyada birgə taktiki-xüsusi təlimlər keçirilib. Əlavə olaraq, COP29 tədbiri ilə əlaqədar olaraq Bakı Metropoliteninin "Koroğlu", "Ulduz" və "Xətai" metrostansiyalarında qərargahlar yaradılıb və nazirliyin əməkdaşları xidmət aparır",- deyə o qeyd edib.