07 noyabr 2024 03:54
181

Tədbir görülməsə gələcək çox təhlükəli olacaq - İqlim təhdidləri

İqlim dəyişikliyi müxtəlif rekord qıran üsullarla insan sağlamlığı üçün artan təhlükə yaradır. Böyük bir hesabatda deyilir ki, ekspertlər tədbir görülməyəcəyi təqdirdə bunun insan həyatı bahasına ödənildiyini xəbərdar ediblər.

Yeni hesabat 2023-cü ildən də rekord həddə çatması gözlənilən istilik dalğaları, yanğınlar, qasırğalar, quraqlıqlar və daşqınların dünyanı bürüdüyü bir vaxtda açıqlanıb.

Bu, həmçinin Birləşmiş Millətlər Təşkilatının COP29 tədbirinin Azərbaycanda keçirilməsinə bir neçə həftə qalmış və iqlim dəyişikliyinə şübhə ilə yanaşan Donald Trampın Ağ Evə qayıdacağı ehtimal edilən ABŞ seçkilərindən bir neçə gün əvvələ təsadüf edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və s. kimi BMT agentliklərinin 122 mütəxəssisi tərəfindən hazırlanmış sağlamlıq və iqlim dəyişikliyinə dair səkkizinci “Lancet Countdown” nəşri gecikmənin dəhşətli mənzərəsini çəkib.

Bura artan ekstremal hava hadisələri, istidən qocaların ölümləri, yoluxucu xəstəliklərin yayılması, quraqlıq və daşqınlar nəticəsində əkin sahələrinə güclü ziyan daxildir.

“Lancet Countdown”un icraçı direktoru Marina Romanello bildirib ki, hesabatda hər ölkədə insanların sağlamlığı və yaşaması üçün əvvəllər heç vaxt görmədiyimiz səviyyələrə qədər rekord təhlükələr var.

Yanğına yanacaq tökmək

Hesabatda bildirilir ki, 1990-cı illərdən bəri istidən ölən 65 yaşdan yuxarı insanların sayı 167% artıb.

Temperaturun yüksəlməsi ağcaqanadların sayını da artıraraq ölümcül xəstəliklərin yayılmasına səbəb olur.

Keçən il hesabatda dünya üzrə dang xəstəliyinə yoluxma ilə bağlı 5 milyondan çox yeni rekord qeyd edilib.

2016 və 2022-ci illər arasında dünyadakı ağac örtüyünün təxminən 5%-i məhv edilib. Bu da Yer kürəsinin insanların buraxdığı karbon dioksidi tutmaq qabiliyyətini azaldır.

Ümumdünya Meteorologiya Təşkilatı bu həftənin əvvəlində bildirib ki, onilliklər ərzində edilən xəbərdarlıqlara baxmayaraq, əsas istixana qazlarının qlobal emissiyaları keçən il yenidən artıb.

Daha çox vaxt itirməyə ehtiyac yoxdur

“Ancaq bir neçə çox ümidverici irəliləyiş əlamətləri də var”, -deyə o, əlavə edib.

Məsələn, 2016-cı ildən 2021-ci ilə qədər neft-qazla əlaqəli havanın çirklənməsindən ölümlər təxminən 7% azalaraq 2,10 milyon nəfərə enib. Bu, əsasən də kömür yandırılması nəticəsində yaranan çirklənmənin azaldılması səyləri nəticəsində baş verib.

Elektrik enerjisi istehsal etmək üçün istifadə edilən təmiz bərpa olunan mənbələrin payı eyni dövrdə təxminən iki dəfə artaraq 10,5%-ə çatıb.

"Bu gün tədbir görülməsə, gələcək çox təhlükəli olacaq", - mütəxəssis xəbərdarlıq edib.

"Həqiqətən, israf etməyə vaxt yoxdur - bilirəm ki, biz bunu uzun illərdir deyirik - amma gördüyümüz odur ki, boşa çıxan vaxt həyatla ödənilir."

Romanello insanlara ən sadə şeylərdən başlamağı-iqlimə uyğun pəhriz etməyi, çirkli enerji yandırmadan səyahət etməyi, qalıq yanacağa sərmayə yatıran banklardan imtina etməyi və qlobal istiləşmə ilə bağlı daha çox addım atacağını vəd edən siyasətçilərə səs verməyi tövsiyə edib.

Nubar Süleymanova, “İki sahil”