06 noyabr 2024 17:40
72

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masa keçiriləcək

Noyabrın 16-da Bakıda COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa keçiriləcək.

Bu barədə "İki sahil"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Tədbirdə rəqəmsal texnologiyaların iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyəti necə dəyişdirə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Dəyirmi masanın təşkilatçıları RİNN, COP29 Azərbaycan Əməliyyat Şirkəti və Beynəlxalq Telekommunikasiya İttifaqıdır (ITU).

Tədbirlə bağlı ətraflı məlumatla linkdə tanış olmaq mümkündür.